
06 May, 2025 17:51
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 450 avtomobil gözləyir.
FinFly bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var.
"Hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur", - deyə, məlumatda bildirilir.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...