
15 Iyl, 2025 09:39
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 1,1 milyard kubmetr qaz ixrac edilib.
FinFly Energetika Nazirliyindən əldə etdiyi məlumata görə,, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 18,2 faiz azdır.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 1,3 milyard kubmetr qaz satmışdı.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...