
2025-ci ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 80 milyon ABŞ dolları dəyərində 2 853 ədəd avtomobil ixrac edib.
FinFly Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz çox, kəmiyyət olaraq - 22 faiz azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Gürcüstan xarici ölkələrə 754 milyon ABŞ dolları dəyərində 29 485 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 31 faiz və 5,3 faiz çoxdur. O cümlədən Gürcüstandan Qırğızıstana 408 milyon ABŞ dolları dəyərində 12 508 ədəd, Qazaxıstana 219 milyon ABŞ dolları dəyərində 12 055 ədəd, Ermənistana 15,8 milyon ABŞ dolları dəyərində 666 ədəd, Tacikistana 9,8 milyon ABŞ dolları dəyərində 446 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.
Son xəbərlər
-
19 May, 2025
Trampla söhbət iki saatdan çox davam etdi - Putin...
-
19 May, 2025
Azərbaycanda noutbuk və kompüter istehsalı artıb...
-
19 May, 2025
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb...
-
19 May, 2025
Azərbaycan Gürcüstandan avtomobil alışını azaldıb...