Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan əhalisi içki və tütün məmulatlarına nə qədər pul xərcləyib? - FinFly

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1,065 milyard manatlıq içkilər və tütün məmulatları satılıb.

FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çoxdur. İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,6 faiz təşkil edib.

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, o cümlədən, 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.