Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan əhalisinin banklarda əmanətləri artıb - FinFly

2025-ci ilin sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 441,3 milyon manat təşkil edib.

FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 faiz az, ilin əvvəlinə nisbətən 2,9 faiz, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 10,8 faiz çoxdur.

Bunun 55 faizi, yaxud 22 milyard 766,4 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 8,5 faiz çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 9 faiz artaraq 15 milyard 460,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 43,95 faiz artaraq 3 milyard 214,3 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 412,4 milyon manatı (il ərzində 2 faiz artıb) qısamüddətli, 19 milyard 28,9 milyon manatı (23,3 faiz çox) isə uzunmüddətli olub.