Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan əhalisinin əczaçılıq məhsullarına çəkdiyi xərcləri artıb - FinFly

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılara 598,1 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz çoxdur.

Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,6 faiz təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23,341 milyard manatlıq, o cümlədən 13,073 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,267 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.