Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan əhalisinin sayı açıqlandı - FinFly

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 205 nəfər və ya 0,14 faiz artaraq 2025-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 239 min 94 nəfərə çatıb.

FinFly bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 23 min 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cü ilin avqust ayının 1-nə 10 milyon 204 min 247 nəfər olmuşdu.

Bildirilib ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.