Azərbaycan və Beynəlxalq Enerji Agentliyi (İEA) arasında qlobal enerji bazarında mövcud tendensiyalar və proqnozlara dair fikir mübadiləsi aparılıb.
FinFly Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Brüsseldə enerji səmərəliliyi üzrə beynəlxalq tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov və IEA-nın icraçı direktoru Fatih Birolla görüşündə bildirib.
Birol Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu, bu xüsusda əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. Söhbət zamanı Agentliklə COP29-un təşəbbüslərinin təşviqi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Enerji təşəbbüslərinin icra vəziyyətinin izlənilməsi və irəliləyişlərin Agentliyin müvafiq hesabatlarında əks etdirilməsi, eləcə də əməkdaşlığın gələcək inkişaf istiqamətləri üzrə müzakirələr aparılıb.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
