
14 May, 2025 12:09
Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib.
FinFly xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr EBRD-nin prezidenti Odil Reno-Basso ilə görüşdə aparılıb.
“Avropa Yenidənqurma və İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Odil Reno-Basso ilə görüşməkdən məmnun olduq. Ölkəmizin Bankla əməkdaşlığının prioritet istiqamətləri, “yaşıl enerji” və infrastruktur layihələrinin icrası barədə müzakirələr apardıq. Dayanıqlı iqtisadiyyata keçid üçün birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğuladıq”, - o vurğulayıb.
Son xəbərlər
-
24 May, 2025
Sabah Bakıda hava isti olacaq...
-
24 May, 2025
Azər-Türk-Bank kreditlər üzrə faizləri artırıb...
-
24 May, 2025
Azərbaycan nefti bahalaşıb...
-
24 May, 2025
Azərbaycanda nə qədər pul dövriyyədədir?...