
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 29 milyard 892,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artıb.
ÜDM istehsalının 37 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,7 faizini təşkil etmişdir.
3 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 2 922 manat olub.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...