
Bu ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 99,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
FinFly bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb.
ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizi təşkil edib.
5 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 4 896 manat olub.
Son xəbərlər
-
13 Iyn, 2025
Blum TON ekosisteminə diqqət yetirir...
-
13 Iyn, 2025
Azərbaycan iqtisadiyyatı böyüyüb...