
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 467,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib.
FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 24,2 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,4 faiz azalıb.
3 ay ərzində istifadə olunmuş investisiyanın 1 milyard 814,6 milyon manatı və yaxud 52,3 faizi məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı və yaxud 28 faizi xidmət sahələrinə, 682,9 milyon manatı və yaxud 19,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 2 milyard 519 milyon manatını və yaxud 72,6 faizini daxili investisiyalar təşkil edib, 2 milyard 693,5 milyon manatı və yaxud 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...