Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 69,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz az investisiya yönəldilib.

FinFly Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 22,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 5,3 faiz artıb.

4 ay ərzində istifadə olunmuş investisiyanın 2 milyard 578,8 milyon manatı və yaxud 50,9 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 627,6 milyon manatı və yaxud 32,1 faizi xidmət sahələrinə, 862,9 milyon manatı və yaxud 17 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 772,4 milyon manatını və yaxud 74,4 faizni daxili investisiyalar təşkil edib, 3 milyard 969,3 milyon manatı və yaxud 78,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.