Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan kibertəhlükəsizlik mərkəzinin məqsədi gələcəyin mütəxəssislərini yetişdirməkdir - FinFly

Kibertəhlükəsizlik Mərkəzinin məqsədi təkcə bu günün deyil, gələcəyin mütəxəssislərini yetişdirməkdir.

FinFly xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

O, dünyada sürətlə baş verən rəqəmsallaşma prosesləri fonunda kibertəhlükəsizliyin əhəmiyyətinin artdığını bildirib.

"Mobil telefonlardan tutmuş ödəniş sistemlərinə qədər bütün həyatımız rəqəmsal texnologiyalarla əhatə olunub. Lakin bu inkişafla paralel olaraq müəyyən risk və təhlükələr də meydana çıxır. Ona görə də dövlət qurumlarının, özəl sektorun və fərdi istifadəçilərin kibertəhlükəsizlik məsələlərinə ciddi önəm verməsi vacibdir", - Osmanov qeyd edib.