Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini artırıb - FinFly

2025-ci  ilin yanvar-iyun aylarında Azərbaycandan 174,4 milyon ABŞ dolları dəyərində 571 min ton kimya sənayesi məhsulları ixrac edilib.

FinFly Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 47,7 milyon ABŞ dolları və ya 37,6 faiz, həcm ifadəsində isə 41,8 min ton və ya 7,9 faiz çoxdur. Ötən ilin birinci yarısında Azərbaycandan 126,7 milyon ABŞ dolları dəyərində 529,2 min ton kimya sənayesi məhsulları ixrac edilmişdi.

Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracına nisbətən 1,35 faiz, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 9,94 faiz paya malik olub.