
19 Apr, 2025 11:57
2025-ci ilin I rübündə Azərbaycanın dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 101,3 faiz və yaxud 126 milyon manat səviyyəsində icra olunub.
FinFly bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Nazirlik qeyd edib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz və yaxud 27,3 milyon manat çoxdur.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri faktiki büdcə xərclərinin 1,6 faizini təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən bu sahəyə 621,78 milyon manat ayrılması nəzərə tutulub.
Son xəbərlər
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...