
22 Apr, 2025 17:12
Bank sektoru üzrə biznes kreditlərinin məbləğinin 2026-cı ildə 16,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Bu barədə FinFly Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı "Maliyyə sektorunun inkişaf Strategiyası"-nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.
Eyni zamanda, gələn il bank xidmətləri ilə təmin edilmiş əhalinin yetkin əhaliyə nisbətinin 85 faiz təşkil edəcəyi ehtimal edilir.
Bundan başqa, 2026-ci ildə yetkin əhali arasında əmanətçilərin çəkisinin 2,7 faiz, xərc/gəlir əmsalının isə 40 faizə bərabər olacağı ehtimal olunur.
Son xəbərlər
-
22 Apr, 2025
Neft qiymətləri artmağa başladı...
-
22 Apr, 2025
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq...