24 Apr, 2025 11:12
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də keçiriləcək "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında iştirak edəcək.
FinFly AMB-yə istinadən xəbər verir ki, tədbiri ABŞ-Azərbaycan Ticarət Palatası təşkil edəcək.
"Azərbaycan nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarına qatılacaq, müxtəlif tədbirlərdə və AMB ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya institutlarının rəhbərliyi ilə ikitərəfli görüşlərdə iştirak edəcək", - deyə, Mərkəzi Bankın məlumatında qeyd olunur.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
