Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Mərkəzi Bankı mənfəətini artırıb - FinFly

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ili 721,484 milyon manat mənfəətlə başa vurub.

FinFly AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il AMB-nin faiz gəlirləri 717,556 milyon manat (əvvəlki ilə nisbətən 39,2 faiz çox), faiz xərcləri 218,806 milyon manat (27 faiz az), haqq və komissiya gəlirləri  27,771 milyon manat (2,1 faiz az), haqq və komissiya xərcləri 9,565 milyon manat (2,9 dəfə çox), sair əməliyyat gəlirləri 7,286 milyon manat (6,5 dəfə çox), sair əməliyyat xərcləri 111,25 milyon manat (1,8 faiz az), maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 28,789 milyon manat (39,9 faiz az), maliyyə aktivlərinin tanınması üzrə gəlirləri 2,101 milyon manat (29,35 faiz az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 113,929 milyon manat (3,3 dəfə çox), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 139,344 milyon manat (36,7 faiz çox), qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 181 min manat (61,5 faiz az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 23,669 milyon manat (5,5 dəfə çox), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 14,692 milyon manat (8,45 faiz çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 59,765 milyon manat (22,5 faiz çox), xarici valyuta əməliyyatları üzrə gəlirləri 1,218 milyon manat (33,3 faiz çox), digər gəlirləri isə 44,696 milyon manat (77,8 faiz çox) təşkil edib.