
01 Snt, 2025 10:05
2025-ci ilin avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,39 bənd təşkil edib.
FinFly Azərbaycan Mərkəzi Bankından (AMB) əldə etdiyi məlumata görə, bu, cari ilin iyulun 1-i ilə müqayisədə 0,02 bənd və ya 0,6 faiz artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,02 bənd və ya 0,6 faiz azalıb.
Belə ki, bu ilin iyulun 1-nə manatın dövretmə sürəti 3,37 bənd, ötən ilin avqustun 1-nə isə 3,41 bənd təşkil etmişdi.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Son xəbərlər
-
01 Snt, 2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır...
-
01 Snt, 2025
Azərbaycanda kreditlər 30 milyardı keçdi...
-
01 Snt, 2025
Azərbaycan XİN Özbəkistanı təbrik edib...
-
01 Snt, 2025
İlham Əliyev Çində Rəcəb Tayyib Ərdoğanla görüşüb...