Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini artırıb - FinFly

2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xərcləri 1,5 milyon manat olub.

FinFly AMB-dən əldə etdiyi məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66,4 faiz və ya 592 min manat çoxdur. 2023-cü ilin sonunda AMB-nin sığorta xidmətləri üzrə xərcləri 891 min manat idi.

Bununla yanaşı, ötən ilin sonunda AMB-nin icbari tibbi sığorta üzrə ayırmaları 758 min manat olub ki, bu da, illik müqayisədə 95 min manat, yaxud da 14,3 faiz çoxdur. Əvvəlki ilin sonunda bu məbləğ 663 min manat olmuşdu.