
2025-ci ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36 milyard 519,931 milyon manat təşkil edib.
FinFly AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarın 1-nə nisbətən 5 faiz çoxdur.
AMB-nin aktivlərinin 25 milyard 843,927 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 4,5 faiz az), 8 milyard 588,695 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (52,6 faiz çox), 1 milyard 129,358 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (6,5 faiz az) təşkil edib.
2024-cü ildə AMB-nin öhdəlikləri 3,9 faiz artaraq 34 milyard 522,896 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 0,8 faiz artaraq 17 milyard 449,091 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9 faiz azalaraq 6 milyard 265,219 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,1 artaraq 7 milyard 990,124 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 3 faiz azalaraq 1 milyard 175,186 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 28,5 faiz artaraq 1 milyard 997,035 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
Son xəbərlər
-
23 May, 2025
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb...
-
23 May, 2025
May ayının pensiyaları ödənilib...
-
23 May, 2025
Sabahın hava proqnozu açıqlanıb...