
24 Iyn, 2025 09:06
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, dolların manata qarşı məzənnəsi iyunun 24-nə 1,7 manat səviyyəsində qalıb.
FinFly-ın məlumatına görə, avronun məzənnəsi EURO/AZN 1,9729 manat olub, 100 rubl 2,1656 manat səviyyəsinə çatıb. 1 Britaniya Funt Sterlinqi 2,3058 manata bərabər olub.
Türk lirəsinin Azərbaycan manatına nisbətdə məzənnəsi 0,0429 manat, gürcü larisi isə 0,6245 manat təşkil edib.