Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan Mərkəzi Bankının yeni binası 2025-ci ilin ikinci yarısında istifadəyə veriləcək - FinFly

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.

Bu barədə FinFly layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətinə istinadən xəbər verir.

Məlumata görə, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1faizi tamamlanıb.

Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Atriumu və geniş açılışlı asma bağları olan yeni bina fasada inteqrasiya olunmuş günəş enerjisi panelləri və təbii ventilyasiya kanalları ilə enerjiyə qənaət və işçilər üçün geniş iş mühiti təklif edəcək. Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.