Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisinin xərcləri açıqlanıb - FinFly

İndiyə qədər Azərbaycan Mərkəzi Bankının (AMB) Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477,348 milyon manat xərclənib.

FinFly AMB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434,703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42,735 milyon manat xərclənib.

Bundan əlavə, daha 153,883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631,231 milyon manata başa gəlməlidir.