Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Macarıstanın qaz təminatını davam etdirəcək - Orban - FinFly

Azərbaycan Macarıstanı əmin edib ki, bu il də qaz təminatını davam etdirəcək.

FinFly xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Macarıstan türkdilli tərəfdaş dövlətlərlə əməkdaşlıq hesabına iqtisadiyyatının təhlükəsizliyini təmin edə bilir: "Bizim Azərbaycanla əməkdaşlığımız təkcə iqtisadi yox, mənəvi baxımdan da önəmlidir. Biz özümüzü daha rahat hiss edirik".

Orban Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına inandığını vurğulayıb:

"Azərbaycanın Ermənistanla sülh sazişinin mətnini razılaşdırmasından çox məmnun olduq. İnanırıq ki, tezliklə sülh sazişi imzalanacaq".