
Bu il fevralın 1-nə Azərbaycan manatının xarici valyutaya qarşı nominal effektiv məzənnəsi 110 bənd təşkil edib.
FinFly xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 0,8 bənd, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 7,7 bənd artıb.
Bu il fevralın 1-nə manatın qeyri-neft sektorunda nominal effektiv məzənnəsi 184,6 bənd təşkil edib ki, bu da aylıq göstəricidən 0,9 bənd, ötən ilin səviyyəsindən isə 15,6 bənd yüksəkdir.
Bundan əlavə, manatın real effektiv məzənnəsi 2025-ci il fevralın 1-nə aylıq ifadədə 0,9 bənd, illik müqayisədə isə 4,5 bənd artaraq 126 bənd təşkil edib.
Həmçinin hesabat dövründə manatın qeyri-neft sektorunda real effektiv məzənnəsi əvvəlki ayla müqayisədə dəyişməz, il ərzində 3,7 bənd artaraq 121,5 bənd təşkil edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...