Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan mediası bədniyyətli qrupların da diqqət mərkəzindədir - Elmir Vəlizadə - FinFly

Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, bədniyyətli qrupların da diqqət mərkəzindədir

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə bildirib.

"Son hadisələr göstərib ki, Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, həm də bədniyyətli qrupların diqqət mərkəzindədir. Ölkəmizdə gedən proseslər kimlərinsə xoşuna gəlmir və onlar hansısa şəkildə bu proseslərə müdaxilə etmək istəyirlər, bunun üçün də müəyyən mənada medianı hədəf kimi görürlər. Bu təlimlər ona görə təşkil olunur ki, mediamız bu illərdə qazandığı nüfuzunu saxlasın, daha da genişləndirsin, müasir texnologiyalar onlara maneəçilik törətməsin. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər də özlərini mediadan kənar hiss etməsinlər. Onlar bir kollektivin üzvü olaraq ümumi işə, məqsədə töhfə vermək məramında olsunlar”, - deyə PA sektor müdiri qeyd edib.