Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan ən çox elektrik enerjisini hara ixrac edir? - FinFly

Son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir.

FinFly xəbər verir ki, bunu "Anadolu" agentliyinə energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, enerji Gürcüstan üzərindən ötürülür. Əvvəlki illərdə Türkiyə üzərindən isə Avropa ölkələrinə az da olsa elektrik enerjisi ixrac olunub.

Nazir müavini qeyd edib ki, yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək.

"Həm Naxçıvanda, həm də Azərbaycanın əsas hissəsində istehsal edilən elektrik enerjisinin muxtar respublika üzərindən Türkiyəyə ixracı nəzərdə tutulur. Naxçıvan Azərbaycanın ən güclü günəş radiasiyasına malik bölgəsidir. Bölgənin külək enerjisi potensialı da yüksəkdir. Burada bərpaolunan enerji potensialı təxminən 6 GVt qiymətləndirilir. Bunun 1 GVt-ı Türkiyəyə ixrac edilə bilər", - deyə bildirib.

Soltanov Cəbrayıl rayonunda tikilən 330 kVt-luq yarımstansiya barədə də danışıb: “Bu, Naxçıvanla Azərbaycanın əsas ərazisinin birləşməsində son halqadır. Bu xətt Zəngəzur Dəhlizi və yaxud Araz Dəhlizi vasitəsilə, yaxud hər iki marşrutla Naxçıvana birləşdiriləcək. Beləliklə, həm muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunacaq, həm də Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürüləcək", - deyə qeyd edib.

Bundan başqa, nazir müavi 2030-cu ilə qədər Azərbaycanda bərpaolunan enerjinin payı 35,5 faizə yüksələcəyini bildirib.

"Bərpaolunan enerji yatırımlarını artıran Azərbaycan təkcə daxili tələbatı qarşılamaqla kifayətlənməyərək, eyni zamanda elektrik enerjisi ixracını da genişləndirəcək. Layihələr çərçivəsində istehsal edilən enerji əsasən Avropaya çatdırılacaq. Bu kontekstdə Türkiyə həm Azərbaycanın elektrik enerjisini alan ölkə, həm də Avropa bazarlarına çıxış üçün tranzit ölkə kimi ön plana çıxacaq", - deyə əlavə edib.