
2024-cü ildə Azərbaycan digər ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalarının həcmini 2023-cü illə müqayisədə 1,4 milyard dollar və ya 43,3 faiz azaldaraq 1 milyard 762 milyon dollar səviyyəsinə çatdırıb.
FinFly bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildə Azərbaycan ən çox sərmayəni Birləşmiş Ərəb Əmirliklərinə yatırıb. Bu ölkəyə yatırılan investisiyaların həcmi 457 milyon dollar (artım 4,8 dəfə və ya 362,7 milyon ABŞ dolları) təşkil edib.
İkinci ən böyük investisiya ölkəsi 249 milyon ABŞ dolları ilə Türkiyə olub (2023-cü ildəkindən 86,3 faiz və ya 1,6 milyard ABŞ dolları az).
Azərbaycanın ən çox sərmayə qoyduğu digər ölkə Gürcüstan olub. Bu ölkəyə investisiyaların həcmi 165 milyon dollar təşkil edib (2023-cü illə müqayisədə 77,8 milyon dollar və ya 1,9 dəfə çox).
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...