
2025-ci ilin birinci yarısında Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 3,2 milyard ABŞ dolları təşkil edib.
FinFly xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
O, ölkəyə yatırılan investisiyalarda TOP 5-də olan ölkələri qeyd etdi: Böyük Britaniya (806 milyon ABŞ dolları), Türkiyə (629 milyon ABŞ dolları), Kipr (353 milyon ABŞ dolları), İsveçrə (226 milyon ABŞ dolları) və İran (176 milyon ABŞ dolları).
"Hesabat dövründə Azərbaycan xaricə 1,35 milyard ABŞ dolları birbaşa investisiya yönəldib. Bu baxımdan isə top 5-də İsrail (542 milyon ABŞ dolları), Türkiyə (177 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (156 milyon ABŞ dolları), Gürcüstan (77 milyon ABŞ dolları) və ABŞ (77 milyon ABŞ dolları) qərarlaşıb", - deyə Nəsirov əlavə edib.
Son xəbərlər
-
17 Snt, 2025
"eManat"da ciddi pozuntular aşkarlandı...
-
17 Snt, 2025
Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib...
-
17 Snt, 2025
Azərbaycan nə qədər xarici investisiya cəlb edib?...