24 Iyn, 2025 09:39
"Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
FinFly xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0,26 ABŞ dolları ucuzlaşaraq 80,08 ABŞ dollarına bərabər olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 80,34 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
