Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan ötən il Türkiyəyə qaz nəqlini artırıb - FinFly

2024-cü ildə Azərbaycan Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz ixrac edib ki, bu da 2023-cü illə müqayisədə təxminən 12 faiz çoxdur.

FinFly xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarına Nəzarət və Tənzimləmə Qurumunun (EPDK) aylıq hesabatında deyilir.

Məlumata görə, ötən ilin dekabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 37,37 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,83 faiz çoxdur.

Dekabrda Azərbaycan Türkiyəyə qaz tədarükündə üçüncü yeri tutub. Rusiya bütün tədarükün 41,19 faizini təşkil etməklə birinci yerdə, ABŞ ikinci yerdə (27,23 faiz), dördüncü yerdə isə İran (7,5 faiz) olub.

“Şahdəniz” yatağının işlənməsi üzrə Mərhələ 1 və Mərhələ 2 çərçivəsində hasil edilən Azərbaycan qazı Türkiyəyə tədarük edilir.