Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan Özbəkistana elektrod ixracına başlayıb - FinFly

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb. Şirkət tərəfindən bu ölkəyə ümumilikdə 200 ton həcmində məhsul göndərilməsi nəzərdə tutulur. Bu həmçinin, Azərbaycanın Özbəksitana ilk elektod ixracıdır.

FinFly İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

"Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20 nəfər daimi işlə təmin edilib", - deyə məlumatda bildirilir.