Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Özbəkistanı Orta dəhlizin imkanlarından daha fəal istifadə etməyə cağırır - FinFly

Azərbaycan Özbəkistanı Orta dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edib.

FinFly xəbər verir ki, bu barədə Daşkənddə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşündə bildirilib.

Görüşdə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18 faizdən çox artdığı bildirilib. Orta dəhlizin əhəmiyyəti vurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edilib.

Bununla yanaşı gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət 41 faiz artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.