Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan Özbəkistanla kibertəhdidlərin idarə olunması ssenarilərini müzakirə edib - FinFly

Azərbaycan və Özbəkistan arasında kibertəhdidlərin idarə olunması ssenariləri müzakirə edilib.

FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qurumda Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AMB sədrinin müşaviri Akif Bağırov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı iştirak edib, kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, "FINCERT" təcrübəsi, həmçinin kibertəhdidlərin idarə olunması ssenariləri üzrə fikir mübadiləsi aparılıb.