Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan parlamenti büdcənin icrasını müzakirə edir - FinFly

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başlayıb.

FinFly xəbər verir ki, iclasda "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir.

Sənəd parlamentə ötən həftə daxil olub.

Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37 milyard 161,8 milyon manat (2023-ci illə müqayisədə artım 5,5 faiz), gəlirlər üzrə plan 2,1 faiz çox icra olunub.

2023-cü ildə dövlət büdcəsinin xərcləri 37 milyard 713,6 milyon manat (artım 3,4 faiz) təşkil edib, proqnoz 94,9 faiz icra olunub.

2024-cü il dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 faizini təşkil edib.