Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan Prezidenti İlham Əliyev Energy China şirkətinin sədri ilə görüşüb - FinFly

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "China Energy Engineering Corporation Limited" (Energy China) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.

FinFly xəbər verir ki, görüşdə "China Energy Engineering Corporation Limited" şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 gigavat külək enerjisi mega layihəsinin podratçısıdır. Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə “China Energy Engineering Corporation Limited” investisiya yatırıb.

Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.

Dövlətimizim başçısı "China Energy Engineering Corporation Limited" şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.

Söhbət zamanı birgə uzunmüddətli enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.

Görüşdə Azərbaycanda gələcəkdə Enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.