Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan Qazaxıstanın maliyyə qurumları ilə əməkdaşlıqların genişləndirilməsini müzakirə etdi - FinFly

Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.

FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, səfər zamanı AMB sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Mərkəzi Bankın sədri Bank tərəfindən həyata keçirilən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və onun çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırıb.

Görüş zamanı Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri tərəfindən maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstan Respublikasının təcrübəsi haqqında ətraflı məlumat verilib. Həmçinin Qazaxıstanda rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr və bu istiqamətdə görülən işlərə dair təqdimat keçirilib.

Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.