18 Avq, 2025 16:39
Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz nəqli üzrə pilot layihə artıq başa çatıb.
FinFly xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Svetlana Qrinçuk bildirib.
Onun sözlərinə görə, hazırda bu cür tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində iş aparılır.
"Danışıqlar gedir. Azərbaycan bunda maraqlıdır. Müqavilə bağlanarsa, biz (2025-ci ildə tədarük) davam edəcəyik", - Qrinçuk bildirib.
O, həmçinin qeyd edib ki, ruslar son vaxtlar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları gücləndirdiyi üçün hərbi risklər var.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
