
Azərbaycan Mərkəzi Bankı rəqəmsal manatın sınaqdan keçirilməsinin birinci mərhələsini yekunlaşdırıb.
FinFly-in xəbərinə görə, əsas texniki həllər və milli ödəniş sistemi ilə inteqrasiya sınaqdan keçirilib.
Məlumata görə, növbəti mərhələdə kommersiya banklarının qoşulması və real sektorda dövriyyənin nəzərdə tutulur.
Qeyd edək ki, rəqəmsal manat mövzusu ötən həftə əsas mövzulardan birinə çevrilərək həm yerli ictimaiyyətin, həm də beynəlxalq bazar iştirakçılarının diqqətini cəlb edib.
Binance CEO-su Riçard Teng şərhində qeyd edir ki, Azərbaycan texnoloji modernləşmə və əhalinin marağının birləşməsinə görə rəqəmsal aktivlərin regional inkişafında mühüm rol oynayır. Binance öz növbəsində ölkədəki istifadəçilərlə işləmək üçün xidmətləri və təhsil resurslarını lokallaşdırır, o cümlədən platformaya Azərbaycan dilini əlavə edir.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...