Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan ərazisi ilə Orta Dəhlizlə yük daşımaları artıb - FinFly

2025-ci ilin birinci yarısında Orta Dəhliz vasitəsi ilə Azərbaycan ərazisi ilə 1 741 min ton tranzit yükləri daşınıb, bu da illik müqayisədə 7 faiz artım deməkdir.

FinFly "AZCON Holdinq"-ə istinadən verdiyi məlumata görə, hesabat dövründə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) tərəfindən quru yük gəmiləri ilə 666 min ton yük daşınıb, bu da illik müqayisədə 83 faiz artıb.

Məlumata görə, ASCO-nun tanker gəmiləri ilə bu ilin birinci rübündə 2,2 mln ton yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12 faiz artım deməkdir.

Bununla yanaşı, hesabat dövründə ASCO üzrə Xəzərdən kənar 684 min ton yük daşınıb ki, bu da ğtən ilin yanvar-iyun ayları ilə müqayisədə 208 faiz çoxdur.

Onu da qedy etmək lazımdır ki, hesabat dövründə Bakı Limanında 53 min TEU (20 futluq konteyner vahidi) konteyner aşırılıb ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 71 faiz çoxdur.