Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan Rusiyaya qeyri-neft ixracını artırıb - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Rusiyaya 321,4 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

FinFly xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 8,6 faiz azalaraq 187,7 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 32,1 faiz artaraq 105,8 milyon ABŞ dolları olub.

Ötən 4 ayda Azərbaycan həmçinin İsveçrəyə 100,5 milyon ABŞ dolları (3 dəfə çox), Ukraynaya isə 63 milyon ABŞ dolları (2,2 dəfə çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.