Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Azərbaycan Rusiyaya qeyri-neft ixracını artırıb - FinFly

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

FinFly xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.

Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.

8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində cüzi azalaraq 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 39,6 faiz artaraq 220,2 milyon ABŞ dolları olub.

Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları (31,4 faiz çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.