
2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 232,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
FinFly xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 11,9 faiz artaraq 134,3 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 34,6 faiz artaraq 80,6 milyon ABŞ dolları olub.
Ötən rüb Azərbaycan həmçinin İsveçrəyə 69,6 milyon ABŞ dolları, Ukraynaya isə 51,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.
Son xəbərlər
-
30 Apr, 2025
AMB BOKT-lara məcburi göstəriş verib...