Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizində aparıcı rol oynamağa malikdir - VTB - FinFly

Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizində yeni yük bazasının formalaşmasında aparıcı rol oynamaq üçün unikal imkana malikdir.

FinFly xəbər verir ki, bu barədə “VTB Bank”ın prezidenti-İdarə Heyəti sədrinin müşaviri, "VTB-Layihə ofisi" MMC-nin baş direktoru Andrey Nikitçenko Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

"Biz layihəni elə konfiqurasiya etməyə çalışdıq ki, həm Azərbaycan, həm də İran yeni yük bazası yaratmaq imkanı əldə etsin – bu baza hələ mövcud deyil və sözügedən layihə həyata keçirilmədən mövcud olması qeyri-mümkündür. Bu, həm əlavə baza və biznes üçün gəlir, həm də milli inkişaf məsələlərinin həllidir. Biz bunu sadəcə nəqliyyat layihəsi kimi deyil, regional və makroregional iqtisadi inkişaf layihəsi kimi nəzərdən keçiririk", - A.Nikitçenko qeyd edib.

Onun sözlərinə görə, dəhlizdə iştirak Azərbaycanın Hind okeanının sürətlə inkişaf edən bazarlarına strateji çıxışını təmin edir.

"Ölkənin artıq Xəzərə çıxışı var, lakin Hind okeanına çıxış ixracatçılara Hindistan kimi bazarlara istiqamətlənməyə imkan verəcək - bunlar miqyaslı və dinamik istiqamətlərdir. Avropa bazarları gəlirli olsa da, sürətlə inkişaf etmir. Buna görə də "Şimal-Cənub" Azərbaycan üçün tamamilə fərqli üfüqlər açır", - müşavir izah edib.

O vurğulayıb ki, Azərbaycan nəqliyyat oxunun sənaye özəyinə çevrilə bilər:

"Bu, Belarus və ya Rusiyadan daxil olan xammalın emalı və ixracı ola bilər. Hər şey biznesin hesablamalarından asılıdır. Lakin sizin Ələt limanınız, Türkmənistana, Qazaxıstana, Özbəkistana çıxışınız varsa, Qazaxıstan tərəfində isə “Abu Dhabi Ports Group” fəaliyyət göstərirsə - bütün bunlar Ələtdə böyük sənaye və logistika bazasının yaradılmasının xeyrinədir. Onun uğurlu fəaliyyəti üçün isə Hind okeanına çıxış mühüm əhəmiyyət kəsb edir".

O əlavə edib ki, layihəyə təkcə Rusiyadan deyil, ABŞ və Asiya dövlətləri də daxil olmaqla digər ölkələrdən istehsalçılar və investorlar da qoşula bilər.