
24 Apr, 2025 14:00
İranda yerləşən və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən idarə olunan terminal Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmini artıracaq.
FinFly xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Emil Məmmədov deyib.
Onun sözlərinə görə, Şimal-Cənub marşrutu çərçivəsində ilk növbədə, xüsusilə Azərbaycan və Rusiya arasında qatarların mübadiləsinin həyata keçirildiyi şimal hissəsində imkanlar genişləndirilir.
"Azərbaycana məxsus olan və bizim dəmir yollarımız tərəfindən idarə olunan, lakin İran ərazisində yerləşən terminalın tikintisinin başa çatdırılması istiqamətində işlər aparılır. Biz tikintini bu il başa çatdıracağıq və bu, marşrutun inkişafına əlavə təkan verəcək", - deyə, Məmmədov vurğulayıb.
Son xəbərlər
-
27 Apr, 2025
Azərbaycan XİN İrana başsağlığı verib...
-
25 Apr, 2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq...
-
25 Apr, 2025
VTB (Azərbaycan) ekoloji təşəbbüsə dəstək verdi...