Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan şirkəti Çin şirkətilə birgə kənd təsərrüfatı texnikaları istehsal edəcəklər - FinFly

17 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının Pekin şəhərində dövlətlər arası birgə əməkdaşlıq çərçivəsində Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib.

FinFly xəbər verir ki, tədbirdə Çin Xalq Respublikasının "DONGFENG Agricultural Machinery" ilə Azərbaycan Respublikasının "İmprotex Qarabağ Sənaye Kompleksi" şirkətləri arasında anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumuna əsasən "Dongfeng Agricultural Machinery" şirkəti "İmprotex  Qarabağ Sənaye Kompleksi" şirkətinin "Araz  Vadisi İqtisadi Zonası" Sənaye Parkında yerləşən istehsal müəssisəsində kənd təsərrüfatı texnikalarının birgə istehsalını həyata keçirəcəkdir.

İstehsal  olunan texnikanın qonşu ölkələrin bazarlarında da satılması nəzərdə tutulur. Layihə çərçivəsində, istehsal və yığım xəttinin istismara verilməsi, habelə müxtəlif kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrin, komponentlərin və ləvazimatların da istehsalı aparılacaqdır.