Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub - FinFly

Azərbaycana məxsus şirkətlərin qiymətli kağızlarının Böyük Britaniyanın Lond Fond Birjasında (London Stock Exchange - LSE) ticarətə buraxılması müzakirə olunub.

FinFly bu barədə "Bakı Fond Birjası"-na (BFB) istinadən xəbər verir.

Məlumata görə, Birjanın nümayəndə heyəti Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində Londona işgüzar səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birgə LSE-də görüşdə iştirak ediblər. Görüşdə Azərbaycan şirkətlərinin LSE-də dual listinqə və xarici kapitala çıxışları imkanının araşdırılması, xarici investorların Azərbaycanın kapital bazarları ilə bağlı məlumatlılığının artırılması məqsədilə LSE-nin data və analitikasında yer alması müzakirə edilib.

Fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək, eyni zamanda yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaq.