
08 Iyn, 2025 00:24
2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan Sloveniyaya 18,5 min ton metanol (metil spirti) ixrac edilib.
FinFly-ın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən apardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 5,6 milyon dollar olub.
Sloveniyaya metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 106 ton və ya 0,6 faiz azalıb, dəyər ifadəsi ilə 1,9 milyon dollar, yaxud da 53,3 faiz artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Sloveniyaya 18,6 min ton miqdarında, 3,7 milyon dollar dəyərində metanol ixrac olunmuşdu.
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...